Suraxanı rayonunun Günəşli qəsəbəsində İlqar Musayev küçəsinin Etibar Bəkirli küçəsi ilə kəsişməsindən Surxay Noçuyev küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən SİA-ya bildirilib ki, təmir işləri başa çatanadək qeyd olunan yol sahəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri xahiş olunur.