Azərbaycan nefti 8 dollardan çox bahalaşıb

9 Oktyabr 2026 10:04 (UTC+04:00)

Azərbaycan neftinin qiyməti artıb.

SİA xəbər verir ki, “Azeri Light” markalı neftin bir bareli 8,04 dollar və ya 6,42 faiz bahalaşaraq 133,23 dollar olub.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.