ABŞ-da hərbi hava gəmisi qəzaya uğrayıb

9 Oktyabr 2026 02:25 (UTC+04:00)

ABŞ-ın "Osprey" hərbi konvertoplanı Şimali Karolina ştatında sərt eniş edib. ABŞ mediasının yazdığına görə, təlim uçuşu zamanı Bleyden dairəsindəki meşə massivində baş verən insident nəticəsində hərbçilərdən biri yanıq xəsarətləri alıb, o, xəstəxanaya yerləşdirilib.

Təyyarənin göyərtəsində ümumilikdə 4 amerikalı dəniz piyadası olub. Digər detallar açıqlanmır.

Mətləb