ABŞ İran neftini satanlara yeni sanksiya tətbiq etdi

9 Oktyabr 2026 02:02 (UTC+04:00)

Vaşinqton administrasiyası "İqtisadi təcrid" əməliyyatı çərçivəsində İran neftinin satışını dəstəkləyən şəxslərə və şirkətlərə qarşı yeni sanksiyalar tətbiq edib.

Bu barədə ABŞ-nin Maliyyə Nazirliyi öz saytında məlumat yayıb. "Bu gün görülən tədbirlər İranın qalan qanunsuz dəniz infrastrukturuna ən ciddi zərbəni vurur və "kölgə donanması"nın böyük əksəriyyətini sıradan çıxarır", - "Reuters" ABŞ Maliyyə Nazirliyinin nümayəndəsinin sözlərini sitat gətirib.

Nazirliyin məlumatına görə, məhdudiyyətlər İranın xam neftinin, neft məhsullarının və neft-kimya məhsullarının daşınmasını həyata keçirən 6 fiziki şəxsə, 18 şirkətə və 17 gəmiyə şamil olunub.

Mətləb Salahov