"Barselona" bu futbolçu ilə müqaviləni uzadıb

9 Oktyabr 2026 01:22 (UTC+04:00)

İspaniya təmsilçisi "Barselona" sağ cinah müdafiəçisi Xavi Espartla müqavilənin müddətini uzadıb.

SİA xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

Futbolçunun yeni sözləşməsi 2030-cu ilədək nəzərdə tutulub. 19 yaşlı futbolçu "Barselona"nın yetirməsidir. O, 8 yaşından klubun akademiyasında çıxış edib. Espart əsas komandada debütünü bu il UEFA Çempionlar Liqasında "Nyukasl"a (İngiltərə) qarşı oyununda edib.

Mətləb