Futbol Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella “Adana Demirspor”un ona olan 330 min avro borcundan imtina edib. SİA xəbər verir ki, klubun məlumatına görə, İtaliyalı mütəxəssis komandanı 2021-2023-cü illərdə çalışdırdığı dövrdən qalan məbləği tələb etməyəcəyini bildirib.
Sentyabrın 5-də “Adana Demirspor” rəhbərliyi ilə görüşən Montella borcundan imtina edəcəyini açıqlayıb. Milli komandaların oyunları üçün fasilə başa çatdıqdan sonra isə o, qərarını klub rəhbərliyinə rəsmi şəkildə çatdırıb.
Mətləb