“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb

8 Oktyabr 2026 14:58 (UTC+04:00)

“Səbail” heyətini kamerunlu futbolçu ilə gücləndirib.

Bu barədə SİA-ya klubdan məlumat verilib.

I Liqa təmsilçisi son olaraq Albaniyanın “Elbasani” klubunun formasını geyinmiş 22 yaşlı hücumameyilli yarımmüdafiəçi Samuel Nonqo ilə müqavilə imzalayıb.