Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir

8 Oktyabr 2026 10:35 (UTC+04:00)

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir.

Bu barədə SİA-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, prosesdə iştirak etmək istəyən müəllimlər miq.edu.az/qy/ saytı vasitəsilə qeydiyyatdan keçə bilərlər.

İlboyu davam edəcək prosesdə dövlət ümumi təhsil müəssisələrində əsas iş yeri üzrə müddətsiz əmək müqaviləsi əsasında çalışan, həmin iş yeri üzrə minimum 5 saat dərs yükünə malik olan və müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirmə imtahanında minimum 30 bal toplayan müəllimlər iştirak edə bilərlər.