"FTB arvadımı və oğlumu izləyib" - Trampdan ŞOK BƏYANAT

8 Oktyabr 2026 05:04 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp Federal Təhqiqat Bürosunu (FTB) Co Bayden administrasiyası dövründə həyat yoldaşı Melaniyanı və oğlu Berronu izləməkdə ittiham edib. Bu barədə Amerika lideri Ağ Evdə jurnalistlərə bildirib. SİTAT: "Onlar dövlət orqanlarından silah kimi istifadə ediblər, mənim həyat yoldaşımı, yetkinlik yaşına çatmayan oğlumu izləyiblər", - Tramp baş verənləri "biabırçılıq" adlandıraraq bildirib.

Bəyanata səbəb Trampın Mar-a-Laqo malikanəsində məxfi sənədlərin saxlanılması işinin təhqiqatı ilə bağlı FTB əməkdaşlarının məxfiliyi açılmış yazışmalarının Ağ Ev tərəfindən dərc edilməsi olub.

Mətləb