Lerikdə iki avtomobil toqquşub

8 Oktyabr 2026 01:03 (UTC+04:00)

Lerik rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəza rayonun Blaband kəndində baş verib. Sadiq Novruzovun idarə etdiyi VAZ-2121 markalı avtomobil hərəkətdə olarkən UAZ markalı nəqliyyat vasitəsilə toqquşub.

Qəza nəticəsində “Niva” markalı avtomobildə olan 3 nəfər xəsarət alıb. Onlardan Lerik rayonunun Pirəsora kənd sakini, 1963-cü il təvəllüdlü Fədail Bəbir oğlu Bağırovun vəziyyəti ağır olduğundan Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Ona kəllə-beyin travması diaqnozu qoyulub və müalicəsi davam etdirilir.

Mətləb