ADY 9 ayda 14 milyon tona yaxın yük daşıyıb

7 Oktyabr 2026 16:27 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) 14 milyon tona yaxın yük daşıyıb.

Bu barədə SİA-ya ADY-dən məlumat verilib.

Bildirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11 % çoxdur.

Hesabat dövründə tranzit daşımaları 15 % artaraq 5,7 milyon tona çatıb.

Tranzit yükdaşımalarda "Şərq-Qərb" dəhlizi üzrə 20 %, Şimal-Cənub istiqaməti üzrə isə 26 % artım qeydə alınıb.

Ötən il və bu ilin sentyabr ayları üzrə ümumi yükdaşıma həcmi 29 %, tranzit daşımalar isə 37 % artıb.