"İtkin düşmüş şəxslərin ailələrin yaxınlarının taleyi və harada olması barədə məlumat almaq hüququ fundamental humanitar və insan hüquqları prinsipidir:
Bu hüquq siyasi danışıqlardan və ya daha geniş mübahisələrin həllindən asılı vəziyyətə salınmalıdır". Bu sözləri SİA -ya açıqlamasında hüquqşünas, Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov bildirib.
Onun sözlərinə görə, beynəlxalq humanitar hüquq silahlı münaqişə tərəflərindən itkin düşdüyü barədə məlumat verilən şəxslərin taleyini müəyyənləşdirmək, onların axtarışını aparmaq, həlak olan şəxsləri qorumaq və identifikasiya etmək, eləcə də ailələrə mövcud məlumatları təqdim etmək üçün bütün mümkün tədbirləri görməyi tələb edir: "Cenevrə Konvensiyalarına Əlavə I Protokolun 32-ci maddəsində ailələrin öz yaxınlarının taleyi barədə məlumat almaq hüququ açıq şəkildə tanınır.
Mülki şәxslәrin müdafiәsi vә hәrbi әsirlәrin hüquqlarının qorunması haqqında Azәrbaycan Respublikasının Qanunun 10 cu maddəsinə görə -“Azәrbaycan Respublikası silahlı münaqişә zonasına vә ya qarşı tәrәfin ixtiyarına düşmüş bütün mülki şәxslәrin vә hәrbi әsirlәrin qohumlarının öz yaxın adamlarının taleyindәn xәbәr tutmaq hüququnu tanıyır. Qarşı tәrәfin ixtiyarına düşmüş hәr bir mülki şәxs vә ya hәrbi әsir barәsindә mәlumatları әlaqәlәndirmәk, habelә onlarla bağlı bütün problemlәri hәll etmәk üçün Azәrbaycan Respublikasının Prezidenti Azәrbaycan Respublikasının iştirakı ilә silahlı münaqişәnin yaranmasından sonra dәrhal silahlı münaqişә zonasına düşmüş mülki şәxslәrin, hәrbi әsirlәrin vә itkin düşmüş şәxslәrin işlәri üzrә Dövlәt komissiyası (irәlidә - Dövlәt komissiyası) tәsis edir.”
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası haqqında Əsasnamənin 2-ci bəndində deyilir ki,
2.1. Komissiya aşağıdakı vəzifələri həyata keçirir:
- Azərbaycan Respublikasına qarşı Ermənistanın təcavüzü nəticəsində əsir və girov götürülmüş şəxslərin Vətənə qaytarılması, itkin düşənlərin axtarılması ilə əlaqədar tədbirlər hazırlayır və onların həyata keçirilməsinə rəhbərlik edir;
əsir və girov götürülmüş şəxslərin qaytarılması, itkin düşmüş vətəndaşların axtarılması məqsədilə müvafiq dövlət orqanlarının, ictimai və beynəlxalq təşkilatların fəaliyyətini əlaqələndirir;
- Azərbaycan Respublikasının əsir və itkin düşmüş, girov götürülmüş
vətəndaşları haqqında məlumatları toplayır, bu məlumatların qeydiyyatı və sistemləşdirilməsi üçün müvafiq informasiya bankının yaradılmasını təmin edir;
- əsir və itkin düşmüş, girov götürülmüş Azərbaycan Respublikası vətəndaşları ilə əlaqədar işin vəziyyəti barədə məlumatlar, ümumiləşdirilmiş arayışlar və müvafiq təkliflər hazırlayır;
-əsirlikdə saxlanılan Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının müdafiəsinin təmin edilməsi üçün tədbirlər görür;
əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə əlaqədar digər dövlətlərin nümayəndələri ilə müntəzəm əlaqə saxlayır, zəruri hallarda rəsmi görüşlər keçirir;
-Cenevrə Konvesiyalarının tələbləri pozulduğu hallarda, bu konvensiyaların müəyyən etdiyi prosedurlar çərçivəsində araşdırma aparılması barədə təşəbbüs göstərir;
-əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin problemləri ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsi, humanitar məsələlər ilə məşğul olan digər beynəlxalq təşkilatlar və bu sahədə fəaliyyət göstərən şəxslərlə əməkdaşlıq edir;
əsirlikdən və girovluqdan azad olunaraq Vətənə qaytarılmış şəxslərin sağlamlığının bərpası və sosial reabilitasiyası üçün tədbirlər görür;
- əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar məktub, ərizə
və müraciətlərə baxılmasını təmin edir;
-Ermənistan Respublikası tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı və etnik təmizləmə siyasətini əks etdirən hüquqi-tarixi sənədlərin, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı materialların dünya ictimaiyyətinə çatdırılması üçün tədbirlər görür;
-hərbi təcavüz nəticəsində Azərbaycan Respublikasına ərazisində əsir götürülmüş, yaxud digər əsaslarla saxlanılmış əks tərəfə məxsus şəxsləri qeydiyyata alır, onların filtrasiya məntəqəsində cəmləşdirilməsini təşkil edir və saxlanma qaydalarının Cenevrə Konvensiyalarının tələblərinə uyğun olmasına nəzarət edir".