Argentina milli komandasının kapitanı Lionel Messi Buenos-Ayres Universitetinin ən ali akademik mükafatı olan fəxri doktor dərəcəsinə layiq görülüb. SİA Sports.ru-ya istinadən xəbər verir ki, təltifetmə mərasimi Messinin Argentina yığmasındakı vida matçı ərəfəsində, Argentina Futbol Assosiasiyasının məşq bazasında təşkil olunub.
39 yaşlı hücumçuya fəxri diplom və medalı universitetin rektoru Rikardo Elpi və prorektor Emiliano Yakobitti təqdim ediblər. Mərasimdə həmçinin fakültə dekanları və universitet şurasının nümayəndələri iştirak ediblər.
Mətləb