Türkiyədə adı qalmaqalda hallanan qurum rəhbərinin meyiti tapıldı...

7 Oktyabr 2026 02:02 (UTC+04:00)

Türkiyə Maliyyə Qurumları Birliyinin sədri və Basketbol Federasiyasının ehtiyat üzvü Ali Emre Ballı İstanbulun Çəkməköy rayonunda boş ərazidə avtomobilin sürücü oturacağında ölü tapılıb.

Türkiyə mediasının yazdığına görə, Emre Ballının tapançadan açılan atəş nəticəsində öldüyü ehtimal edilir.

Xəbərdarlıqdan sonra əraziyə göndərilən qruplar avtomobilin sürücü oturacağında olan 46 yaşlı Ali Emre Ballının öldüyünü müəyyən ediblər.

Hadisə ilə bağlı istintaq başladılıb və genişmiqyaslı araşdırma aprılır.

Mətləb