Çərşənbə günü Avropa İttifaqı (Aİ) ölkələrinin səfirlərinin Rusiyanın (RF) hərbi-sənaye kompleksinə qarşı yönəldiləcək sanksiyaların 22-ci paketinin lehinə səs verəcəyi gözlənilir.
"Reuters" agentliyinin məlumatına görə, 1570 şəxs və şirkəti əhatə edəcək bu sanksiyalar paketi Rusiyanın 2022-ci ildə Ukraynaya tammiqyaslı müdaxiləsindən bəri ən böyük paket olacaq.
Aİ ölkələrinin səfirləri tərəfindən bəyənildikdən sonra o, yekun təsdiq üçün gələn bazar ertəsi blokun üzvü olan ölkələrin xarici işlər nazirlərinə göndəriləcək.
Dəqiqləşdirilir ki, sanksiyaya məruz qalan şirkətlərin və fiziki şəxslərin əksəriyyəti Rusiyanın hərbi-sənaye kompleksi ilə bağlıdır, özü də onların yarısından çoxu raket istehsalına cəmləşib.
Mətləb