Ermənistanın Baş naziri Nikol Paşinyan Sərhədi keçərək Şəkidə saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayev barədə danışıb. Hökümət rəhbəri bəyan edib ki, bu məsələ barədə cinayət işi üzrə prosedurlar Ermənistanda həyata keçiriləcək. İstintaq gedir, hazırda o, həbsdədir.
N. Paşinyan nümkün mübadilə ilə bağlı suala cavab verib. SİTAT: “Tutaq ki, biz onlara deyirik: əsirlərdən birini bizə verin ki, biz də bu əsgəri verək. Bəs sabah bizim əsgər onların tərəfinə keçsə, onda kimi verəcəyik?”
Paşinyan həmçinin Azərbaycan tərəfinin hərbçinin itkin düşməsi barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinə məlumat verməsinə baxmayaraq, Şəki kəndinin sakinlərinin niyə xəbərdar edilmədiyi ilə bağlı suala cavabında bildirib ki, hərbçinin Ermənistan ərazisinə keçməsinə dair sübut olmayıb.
Qeyd edək ki, əsgər Nəsimi Musayevin saxlanılması barədə məlumat 1 oktyabrda yayılıb. 2 oktyabrda isə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Mətləb