ABŞ Afrikadan Kolumbiya və Ekvadora MQ-9 Reaper dronları göndərib

6 Oktyabr 2026 17:51 (UTC+04:00)

ABŞ hərbçiləri narkokartellərə qarşı mübarizəni gücləndirmək məqsədilə Kolumbiya və Ekvadora bir neçə MQ-9 Reaper zərbə PUA-sı göndərib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The New York Times“ ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ hərbçiləri MQ-9 Reaper dronlarını Afrikadakı bazalardan Cənubi Amerikaya köçürüblər. PUA-lardan Afrikada “Əş-Şəbab” qruplaşmasına qarşı əməliyyatlarda istifadə olunub.

“The New York Times“ın məlumatına görə, bir MQ-9 Reaperin qiyməti 50 milyon dollara çata bilər.

Qəzet yazır ki, Kolumbiya və Ekvador ABŞ-la öz ərazilərində birgə əməliyyatlar həyata keçirməyə razılıq verən ölkələr sırasındadır. Ekvadorun müdafiə naziri Gian Carlo Loffredo isə daha əvvəl iki Reaper dronunun ölkəyə verildiyini və onların artıq Ekvador hava məkanında fəaliyyət göstərdiyini bildirib.