...Valeri Pekar, Ukraynalı sahibkar və "Euroindex" şirkətinin prezidentidir. Bu gün SİA onun “ Facebook”da yer ala yazısını diqqətinizə çatdırır...
...Əlbəttə ki, Rusiya illərlə mübarizə apara bilər. Amma Rusiya illərlə mübarizə apara bilməz. Bunu mən Sizə izah edəcəyəm.
Rusiya illərlə mübarizə apara bilər, vintləri sıxır, pul çap edir, gələcək nəsillərdən borc alır, yeni nəsil top yemini səfərbər edir, daxili repressiyaları gücləndirir, ölkəni hissə-hissə Çinə təhvil verir, Amerikanı aldadır və Avropanı qorxudur.
Amma bir şərtlə - eyni zamanda hansısa nəticə nümayiş etdirilərsə.
Bu nümayişin hədəf auditoriyası kralın hələ də bacarıqlı olduğunu təsdiqləməli olan öz əlaltıları, "kralın real və hələ də filankəs olduğuna" əmin edilməli olan öz cəmiyyətləri, oyunun hələ bitmədiyinə əmin edilməli olan Çin, diqqət yetirməli və qorxmalı olan Amerika və Avropadır.
Nəticə olmazsa, Rusiya müharibəni illərlə bu rejimdə davam etdirə bilməz.
"Qarğı qanadı" kralın daha bacarıqlı biri ilə əvəz olunmasını tələb edəcək, "göyərçin qanadı" Qərblə ayrıca danışıqlar aparmağa çalışacaq, Qərb səs-küylü bəyanatlara diqqət yetirməyi dayandıracaq və Çin hesablaşma vaxtının gəldiyi qərarına gələcək.
Buna görə də Putinin nəticəyə çox ehtiyacı var. Ya Ukrayna cəbhəsində, ya Ukraynanın arxa cəbhəsində, ya da Avropa cəbhəsində və ya da başqa bir yerdə…
Beləliklə, əsas vəzifəmiz Putinə nəticə vermək deyil. Buna görə də hər bir insanın fəaliyyətini (özümdən başlayaraq) "Bu gün Putinə bir neçə xal qazandırmadımmı?" nöqteyi-nəzərindən nəzərdən keçirməyi təklif edirəm.
İdeal olaraq, bu sualın cavabı belə olmalıdır: "Əksinə, bu gün Putindən bir neçə xal aldım." Müdafiə qüvvələri bunu hər gün edir. Müdafiə sektorunda çalışanlar da. Amma bu sual hamımızı narahat edir.
Problemin bir hissəsi olmayın, həllin bir hissəsi olun.
Əli Babayev