Sabiq idarə rəisi olan polkovnik həbs edildi

6 Oktyabr 2026 02:22 (UTC+04:00)

Penitensiar Xidmətin Kadrlar İdarəsinin sabiq rəisi, polkovnik Əflatun Muxtar oğlu Məmmədov həbs edilib. SİA Bizim.Media-ya istinadən xəbər verir ki, sabiq rəis rüşvət almaqda ittiham olunur və barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Əflatun Məmmədov 2026-cı ilin may ayında vəzifəsinin icrası zamanı yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib.

Mətləb