Arda Gülərin ŞOK tranfser qiyməti - 100 milyon dollar!

5 Oktyabr 2026 23:26 (UTC+04:00)

İspaniyanın “Real” klubunun yarımmüdafiəçisi Arda Gülər Türkiyə futbolunun tarixinə düşüb. Məlum olub ki, 21 yaşlı oyunçu transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub. Gənc yarımmüdafiəçinin əvvəlki bazar qiyməti 90 milyon avro idi.

Qeyd edək ki, Arda Gülər bu mövsüm “Real Madrid”in heyətində 7 oyunda meydana çıxıb və 4 qolun vurulmasında birbaşa iştirak edib.

Mətləb