Sumqayıtda köməksiz qalan vətəndaş xilad edilib - FHN məlumat yaydı

5 Oktyabr 2026 22:35 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. SİA xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 1978-ci il təvəllüdlü Fətullayev Zaur Fərasət oğlunun onikimərtəbəli yaşayış binasının zirzəmisində yıxıldığı və müxtəlif dərəcəli bədən xəsarətləri alaraq köməksiz vəziyyətdə qaldığı müəyyən olunub. Xilasedicilər tərəfindən Z.Fətullayev zirzəmidən təxliyə edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Mətləb