Londonun “Çelsi” klubu “Barselona”nın müdafiəçisi Jül Kundeyə "elçi düşüb". SİA xəbər verir ki, bu barədə “El Desmarque” nəşri məlumat yayıb. London klubu kataloniyalıların heyətində transfer dəyəri 55 milyon dollar hesablanan fransalı futbolçunun oyun vaxtının azalmasını onun transferi üçün şanslarını artıran amil kimi qiymətləndirir.
Həmçinin “Barselona”nın qış transfer pəncərəsində yeni futbolçular almaq üçün Kundeni satmaq məcburiyyətində qala biləcəyi də bildirilir.
Mətləb