İçərisində 32 nəfərin olduğu hərbi təyyarə qəzaya uğrayıb

5 Oktyabr 2026 18:34 (UTC+04:00)

Nigeriyada hərbi təyyarə qəzaya uğrayıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə ölkənin cənubunda - Ondo ştatının İgbokoda bölgəsində baş verib.

ATR-42 təyyarəsində 7 ekipaj üzvü və daha 25 nəfərin olduğu bildirilir.

Ölən və yaralananların sayı ilə bağlı məlumat yoxdur.

Qəzanın səbəbləri araşdırılır.