Bakıda məktəbli qətlə yetirilib, sinif yoldaşı tutulub

5 Oktyabr 2026 17:36 (UTC+04:00)

Bakıda qətl hadisəsi baş verib.

SİA-nın əldə etdiyi məlumata görə, hadisə Nizami rayonu ərazisində yerləşən məktəbin yaxınlığında baş verib.

Məlumata görə, 9-cu sinif şagirdi sinif yoldaşını bıçaqlayaraq öldürüb.

Əməli törətməkdə şübhəli bilinən 2012-ci il təvəllüdlü yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Nizami rayon prokurorluğunda cinayət işi başlanıb.