Dəniz xiyarları Meksikada narkotik kartellərinin kölgə valyutasına çevrilib

5 Oktyabr 2026 20:51 (UTC+04:00)

...Bəzi dəniz xiyar növləri cinayətkar dünyada kölgə valyutasına çevrilib.

SİA xəbər verir ki, bu barədə Foreign Policy bildirib.

Bu Asiya ləzzətinin ayrı-ayrı növlərinin qiyməti 1 kq üçün 3000 dollara çatır.

Asiyada onlara tələbat yüksək olduğundan, kölgə hesablamaları üçün əlverişli valyutaya çevrilib.

Nəşrin məlumatına görə, ABŞ sərhəd xidmətinin keçmiş əməkdaşlarından biri olan Sezar Daleo Çin kimyəvi maddələr istehsalçıları ilə Meksika narkotik kartelləri arasında vasitəçi olub: bir istiqamətdə narkotik maddələrin prekursorları, əks istiqamətdə isə ödəniş kimi qorunan nadir dəniz xiyar növü olan Isostichopus fuscus daşınıb.

Daleo qaçaqmalçılığa görə tutulub və 30 ay müddətinə həbs edilib. Ləzzətlərin qanunsuz ticarəti təkcə Meksikada deyil, həm də Hindistanda həyata keçirilir.

Şri-Lankada balıq ovuna icazə verilir, buna görə də Hindistanda qanunsuz əldə edilən dəniz xiyarları ora daşınır və sonra Honkonqa və ya Çinin materik hissəsinə daşınır. Dəniz xiyarları Asiya ölkələrində, əsasən Çində ləzzət hesab olunur. Onlar həmçinin sərvət və statusun simvolu hesab olunurlar.

Əli Babayev