Ramin Məmmədov Kürdəmirdə vətəndaşları qəbul edib - FOTO

5 Oktyabr 2026 14:48 (UTC+04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 5-də Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib.

Bu barədə SİA-ya Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, qəbul zamanı Yevlax, Ağdaş, Ucar, Kürdəmir və Zərdab rayonlarından olan vətəndaşlar İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyinatı, rotasiyası, "Hər məsciddə kitabxana" layihəsinin icrası, maarifləndirmə işinin genişləndirilməsi, məscid təmiri, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli ilə bağlı Komitənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.