Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

5 Oktyabr 2026 14:22 (UTC+04:00)

Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Bu barədə SİA-ya Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

DSX-nin Sərhəd Qoşunları Komandanlığının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sentyabr ayının 30-da ümumi çəkisi 6 kiloqram 205 qram narkotik vasitə, oktyabr ayının 2-də isə "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində 1160 ədəd psixotrop tərkibli Pregabalin - 150 həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.