ABŞ-ın Corciya ştatının Vyenna şəhərində şənlikdə baş verən atışma nəticəsində iki nəfər həlak olub, 35 nəfər yaralanıb. SİA xəbər verir ki, bu barədə AP məlumat yayıb. Agentliyin məlumatına görə, həlak olanlar 20 və 23 yaşlı gənclərdir. Zərərçəkənlər yerli xəstəxanalara çatdırılıblar.
Rəsmilər hadisənin başvermə şəraitini və səbəblərini müəyyənləşdirirlər.
Mətləb