Biləsuvarda avtomobil aşıb - xəsarət alan var

5 Oktyabr 2026 01:02 (UTC+04:00)

Biləsuvar rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun Biləsuvarın Arazbari kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, idarəetməni itirən avtomobil yolun kənarına aşıb. Qəza nəticəsində avtomobildə olan qadın sərnişin xəsarət alıb. O, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Mətləb