Madrid "Real"ı Cud Bellinqemlə yeni müqavilə ilə bağlı danışıqlarda irəliləyiş əldə edib. “TEAMtalk”in məlumatına görə, Madrid klubu 23 yaşlı futbolçu ilə müqaviləni daha iki il – 2031-ci ilin yayına qədər uzatmaq istəyir. “Kral klubu” həmçinin Bellinqemin illik maaşını 20 milyon avrodan 30 milyon avroya yüksəltməyə hazırdır.
Yeni sözləşmə imzalanacağı təqdirdə ingiltərəli futbolçu Kilian Mbappe və Vinisius Juniorla eyni səviyyədə maaş alacaq.
Mətləb