Mirzoyan bu gün İrana gedir

4 Oktyabr 2026 02:25 (UTC+04:00)

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün İrana səfər edəcək. SİA xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat yayıb.

Bəqai bildirib ki, Mirzoyanın Tehrana səfəri ikitərəfli münasibətlərin genişləndirilməsi, həmçinin regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsi məqsədilə davam edən İran-Ermənistan məsləhətləşmələri çərçivəsində baş tutur.