Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın personalı da daxil olmaqla, xarici vətəndaşlara Kiyevdə və Ukraynanın hərbi təyinatlı obyektlərinin yaxınlığında olmamaq barədə bir daha xəbərdarlıq edib. SİA-nın xəbərinə görə, bu barədə bəyanat nazirliyin mətbuat xidməti tərəfindən dərc edilib.
Xarici İşlər Nazirliyi (XİN) 2026-cı ilin may ayında Kiyevi tərk etmək barədə verdiyi tövsiyələri, eləcə də Qərb ölkələrinin öz vətəndaşlarına Ukraynaya səfər etməmək barədə tövsiyələrini xatırladıb.
"Heç də hər kəs bu xəbərdarlıqlara qulaq asmayıb və şüurlu şəkildə öz həyatlarını ölümcül təhlükəyə atırlar. Kiyevdə bir çox səfirliklər fəaliyyət göstərir, xarici rəsmilər Ukraynaya səfər edirlər", - deyə XİN qeyd edib.
Rəsmi Moskva vurğulayıb ki, Rusiya Silahlı Qüvvələri "kütləvi qisas zərbələri" endirməyə davam edəcək. "Mümkün mənfi nəticələrə görə məsuliyyət bütünlüklə xəbərdarlığı qulaqardına vuranların üzərinə düşür", - deyə məlumatda bildirilib.
Mətləb