ABŞ-da Bermud adalarından Bostona uçan və göyərtəsində altı nəfər olan təyyarə radarlardan itib. SİA-nın məlumatına görə, bu barədə ABŞ-nin Sahil Mühafizəsi "X" sosial şəbəkəsində məlumat yayıb.
Qeyd olunub ki, qurumun əməkdaşları Nantaket adasının sahillərində axtarış aparır. "Sahil Mühafizəsi göyərtəsində altı nəfər olan "Gulfstream" təyyarəsinin axtarışlarını aparır. ABŞ-ın Federal Mülki Aviasiya İdarəsi şənbə günü səhər saatlarında hava gəmisi ilə əlaqənin itdiyini bildirib, - paylaşımda qeyd olunur. Axtarışlar Nantaket sahillərində aparılır".
Mətləb