Gəncədə bacı-qardaş yanıq xəsarətləri alıb.
SİA-nın əldə etdiyi məlumata görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. 1998-ci il təvəllüdlü T.Əliyev və onun bacısı 1996-cı il təvəllüdlü Ə.Əliyeva əl və üz nahiyələrinin yanığı diaqnozu ilə xəstəxanaya yeləşdirilib.
İlkin məlumata görə, onlar kimyəvi maddədən yanıq xəsarətləri alıblar, vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.