Moskva vilayətində kimya zavodunda yanğın olub, beş nəfər ölüb

3 Oktyabr 2026 18:45 (UTC+04:00)

Moskva vilayətinin Sergiyev-Posad şəhərində Krasnozavodsk Kimya Zavodunda yanğın baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, yanğın nəticəsində beş nəfər ölüb.

Sergiev Posad Şəhər Dairəsinin rəhbəri vəzifəsini icra edən Aleksey Lujetski bildirib ki, onların meyitləri dağıntıların təmizlənməsi zamanı aşkar edilib.

Zavodda yanğının aradan qaldırılması işləri başa çatıb.