Rusiya ordusu Ukraynanın bütün cəbhələrində dayandırılıb...

3 Oktyabr 2026 19:27 (UTC+04:00)

...Rusiya qüvvələri Ukraynada cəbhədə irəliləmələrini əvvəlki iki illə müqayisədə xeyli yavaşladıblar.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə cəbhə xəttinin dinamikası ilə bağlı infoqrafika dərc edən hərbi analitik Osinter Klement Molin bildirib.

Onun sözlərinə görə, Rusiya təşəbbüsü 2023-cü ilin oktyabrında ələ keçirib və ağır itkilərə baxmayaraq irəliləməyə davam edib.

Lakin, Rusiya qoşunları artıq faktiki olaraq yeni ərazilərin işğalını dayandırıblar.

Lakin Molin vurğulayır ki, Rusiyanın irəliləməsinin tamamilə dayandığını demək mümkün deyil. İşğalçılar, xüsusən də Donbasın müəyyən ərazilərində yavaş irəliləməyə davam edirlər.

Eyni zamanda, bu dəyişikliklər müəyyən ərazilərdə əks-hücumlar nəticəsində Ukrayna qüvvələri tərəfindən ərazilərin geri alınması ilə kompensasiya olunur.

Analitik qeyd edib ki, dərc etdiyi həftəlik məlumatlar cəbhədəki vəziyyətin ümumi tendensiyasını görməyə imkan verir.

O hesab edir ki, Rusiya artıq əvvəllər müşahidə edilən templə irəliləmir.

Əli Babayev