Bu ölkədə EBOLA tüğyan edir....

3 Oktyabr 2026 04:03 (UTC+04:00)

Konqo Demokratik Respublikasının şərqində üsyançı AFC/M23 qruplaşmasının nəzarətində olan ərazilərdə Ebola virusuna 6 yeni yoluxma halı aşkarlanıb. Bu barədə "Reuters" qruplaşmanın bəyanatına istinadən məlumat yayıb. Şimali Kivu əyalətinin Kayna səhiyyə zonasında 2, qonşu Alimbongo zonasında isə 4 yeni yoluxma halı qeydə alınıb.

Qruplaşma bildirib ki, yoluxanlarla təmasda olan şəxslərin müəyyən edilməsi və izlənilməsi üzrə işlər aparılır. Daha əvvəl AFC/M23-ün nəzarətindəki ərazilərdə Ebola virusuna yoluxma hallarının olmadığı açıqlanmışdı, lakin sentyabrın əvvəlində Kaina zonasında yeni xəstəlik halı təsdiqlənib.

Mətləb