Hindistan əsgərləri 2 pakistanlını öldürüb - GƏRGİNLİK

3 Oktyabr 2026 00:02 (UTC+04:00)

Kasurda (Pakistan) sərhəd bölgəsində Hindistan Sərhəd Təhlükəsizliyi Qüvvələrinin (BSF) atəş açması nəticəsində 2 pakistanlı ölüb, 1-i isə yaralanıb. "Dawn" qəzetinin təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən yaydığı məlumata görə, Ladhar kəndinin 3 sakini sərhəd dirəyindən bir neçə addım uzaqlaşdıqdan sonra Hindistan sərhədçiləri xəbərdarlıq etmədən onlara atəş açıblar.

Mənbələr iddia edir ki, həmin 3 şəxs silahsız olub və sərhəd hasarını keçməyə cəhd etməyib. Pakistan mənbələri baş verənləri sərhəd razılaşmasının və Pakistanla Hindistan arasındakı sərhədi tənzimləyən standart prosedurların pozulması kimi qiymətləndirib.

Mətləb