Futzal millimizin Avropadakı rəqibləri açıqlandı

2 Oktyabr 2026 22:31 (UTC+04:00)

19 yaşadək futzalçılar arasnda keçiriləcək 2027-ci il Avropa çempionatının əsas mərhələsinin püşkü atılıb. SİA xəbər verir ki, bu haqda Azərbaycan Futzal Federasiysı məlumat yayıb.

Püşkə əsasən, Azərbaycan U-19 millisi 7-ci qrupda Ukrayna, Xorvatiya və Yunanıstanla mübarizə aparacaq. Bu qrupun oyunları gələn il martın 30-dan aprelin 4-dək Xorvatiyada keçiriləcək.

Yalnız qrup qalibləri Qazaxıstanda təşkil olunacaq final mərhələsinə vəsiqə qazanacaq.

Mətləb