Kişinyov beynəlxalq hava limanında mina təhlükəsi ilə əlaqədar həyəcan siqnalı elan edilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, sərhəd polisi sərnişinləri və işçiləri dərhal təxliyə edib.
Daxili İşlər Nazirliyinin ixtisaslaşdırılmış bölmələri hadisə yerinə göndərilib.
Uçuşların qeydiyyatı müvəqqəti dayandırılıb, uçuş cədvəlində dəyişikliklərin olacağı bildirilib.