CAMCA regionunun beynəlxalq əhəmiyyəti artır.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu Özbəkistan Ali Məclisi Senatının sədr müavini, Özbəkistanın ABŞ-dakı keçmiş səfiri Sodiq Safoev Bakıda keçirilən CAMCA 2026 Regional Forumunun “Dövlət xadimlərinin söhbəti: Dəyişən dünyada CAMCA-nın rolu” adlı plenar sessiyasında çıxışı zamanı deyib.
O qeyd edib ki, CAMCA platforması region ölkələrinin səsini beynəlxalq auditoriyaya çatdırmaq və onlar haqqında məlumatlılığın artırılması üçün mühüm imkan yaradıb.
Safoev bildirib ki, 1996-cı ildə ABŞ mətbuatında dərc olunan məqalələrdən biri Mərkəzi Asiya və Cənubi Qafqazın beynəlxalq ictimaiyyət tərəfindən daha yaxşı tanınmasına töhfə verib.
“Bu platforma olmasaydı, bizim öz auditoriyamızı tapmağımız çətin olardı”, – Safoev vurğulayıb.
O, həmçinin CAMCA çərçivəsində uzun illər ərzində əməkdaşlıq edən diplomatların və digər iştirakçıların regionun inkişafına verdiyi töhfələri qeyd edib.