"ADEX 2026" müdafiə sənayesi sərgisi təkcə Azərbaycan üçün deyil, həm də bütün region üçün olduqca əhəmiyyətli bir hadisə idi. Bu sərgi bu gün Qərb və Şərq ölkələrinin qarşıdurma vəziyyətində olduğu bir şəraitdə onları bir-birinə bağlayan, görüş məkanına çevirən mühüm platformadır". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.
Onun sözlərinə görə, məsələnin texniki tərəfinə gəldikdə isə, biz "ADEX 2026"-nın 6-cı müdafiə sənayesi sərgisində yeni hərbi texnikaları gördük: "Həm Azərbaycanın təqdim etdiyi müdafiə sənayesi məhsulları, həm də digər ölkələrin sərgidə nümayiş etdirdiyi məhsullar, təbii ki, belə bir vəziyyətdə Azərbaycanın müdafiə sənayesinin inkişafına səbəb olan faktorlardan biridir.
Hərbi-texniki əməkdaşlığın genişləndirilməsinə və inkişaf etdirilməsinə gəlincə isə, əlbəttə, müdafiə sənayesi sərgisi dövründə Azərbaycanla, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və onun müəssisələri ilə bir sıra razılaşmalar əldə olunub. Bu da müdafiə sənayemizin inkişafına gətirib çıxaran mühüm amillərdən biridir".