Messi İspaniyada özünə klub aldı...

2 Oktyabr 2026 02:25 (UTC+04:00)

Argentinalı futbolçu Lionel Messi İspaniyanın "Eldense" klubunun sahibi olub. Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb. Razılaşma İspaniyanın Ali İdman Şurası tərəfindən təsdiqlənməlidir.

Sentyabrda "Marca" nəşri Messinin "Eldense"ni almaqla bağlı razılığa gəldiyini xəbər verib. Qeyd olunub ki, klubun alınması Messinin futbola investisiya yatırmaq niyyətindən irəli gəlir.

İspaniya çempionatının ikinci ən güclü divizionunda çıxış edən "Eldense" klubu Alikante vilayətində, Kataloniyadan çox da uzaq olmayan ərazidə yerləşir. Messi peşəkar karyerasını başa vurduqdan sonra burada yaşamağı planlaşdırır.

Mətləb