Azərbaycan Dəmir Yolları (ADY) Bakı–Tiflis–Bakı marşrutu üzrə onlayn bilet alışında sərnişin maraqlarının qorunması və mümkün sui-istifadə hallarının qarşısının alınması məqsədilə yeni verifikasiya qaydaları tətbiq edir.
Bu barədə SİA-ya ADY-dən məlumat verilib. "Azərbaycan vətəndaşları ADY-nin veb-saytı və "ADY Mobile" tətbiqində şəxsi kabinetlərini mygov ID vasitəsilə verifikasiya etməlidirlər", - məlumatda bildirilib və əlavə edilib ki, FİN kod daxil edildikdən sonra zəruri məlumatlar avtomatik əks olunacaq.
Bilet almaq üçün verifikasiyanın tamamlanması mütləqdir: "Xarici ölkə vətəndaşları isə verifikasiya üçün vətəndaşı olduqları ölkənin adını və telefon nömrəsini daxil edərək OTP kod vasitəsilə təsdiqləməlidirlər.
"ADY Mobile"da verifikasiyadan keçmək üçün saat 00:00-dan sonra tətbiqi yeniləməyi unutmayın".
Mətləb