5 turda 6 qol vurdu, A Seriyasında ən yaxşı futbolçu seçildi

1 Oktyabr 2026 22:30 (UTC+04:00)

Futbol üzrə İtaliya A Seriyasında avqust-sentyabr aylarının ən yaxşı futbolçusu müəyyənləşib. SİA A Seriyasının rəsmi saytına istinadən xəbər verir ki, bu ada “Roma”nın hücumçusu Doniyell Malen layiq görülüb. Niderlandlı futbolçu çempionatın ilk 5 turunda 6 qol vurub. O, “Fiorentina” ilə matçda het-trik edib, “Leççe”yə qarşı görüşdə dublla fərqlənib, “Torino”nun qapısına isə 1 qol vurub.

Mətləb