Çörəyin qiyməti artacaq? - İQTİSADÇI AÇIQLADI

1 Oktyabr 2026 16:02 (UTC+04:00)

Buğdanın idxalı, satışı, eləcə də buğda unu, çörəyin istehsalı və satışına tətbiq olunan ƏDV güzəştlərinin müddəti 2027-ci il yanvarın 1-də başa çatır. Bu isə çörəyin qiyməti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Sözügedən dəyişiklik çörəyin qiymətinə təsir göstərə bilərmi?

Məsələ ilə bağlı iqtisadçı Vüqar Bayramov SİA-ya açıqlamasında bildirib ki, vergi güzəştlərinin uzadılması, birmənalı şəkildə, bu sektorda aparılan qiymət dəyişikliklərindən sonra bəlli olur:

“Təbii ki, güzəştlər o zaman tətbiq olunur ki, məhz bu güzəştlər çərçivəsində həmin sektorun dəstəklənməsi nəzərdə tutulur. Bununla yanaşı, eyni zamanda idxalın uzlaşdırılmasına ehtiyac var.

Təbii ki, söhbətə nəzərə alsaq ki, burada həm idxal, həm satış, həm də istehsal vergilərindən söhbət gedir. Əlavə dəyər vergisi idxalda və satışda tətbiq olunan vergidir. İstehsalda və satışda tətbiq olunan əlavə dəyər vergisi birbaşa yerli istehsal edilən məhsulun xərcinin azalmasına gətirib çıxarır.

Hər halda, hökumət tərəfindən qiymətləndirmədən sonra bununla bağlı qərar veriləcək. Amma təbii ki, biz hazırda tətbiq olunan müddətin uzadılmasının tərəfdarıyıq. Çünki nəzərə alsaq ki, buğda və çörək istehsalı Azərbaycan üçün stratejidir və strateji olduğuna görə də daha məqsədəuyğundur ki, məhz azadolmaların müddəti daha uzun müddətə təyin edilsin.

Bu da öz növbəsində qiymətin optimallaşdırılmasına və gələcəkdə dünya bazarında qiymətlərin dəyişməsindən yaranan təsirlərin azaldılmasına imkan verə bilər.