“Avarçəkmə idman növündə özünə güvənməlisən”

30 Sentyabr 2026 19:01 (UTC+04:00)

SİA xəbər verir ki, bunu "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin qalibi olan Əlimurad Hacızadə deyib.

O, qarşıdakı planları haqqında danışıb:

"Bu idman növündə özünəinam vacibdir. Qalib olduğuma görə çox sevinirəm. Qarşıdan "Prezident Kuboku" yarışı gəlir. Hazırlaşacağıq və yaxşı nəticə göstərməyə çalışacağıq".

Qeyd edək ki, Ə.Hacızadə "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirində akademik avarçəkmə üzrə 1 nəfərlik qayıqda 1000 metr məsafəyə yarışın qalibi adını qazanıb.