İranda ilk dəfə qadınlar da hərbi təlimlərə başlayıb

1 Oktyabr 2026 02:25 (UTC+04:00)

İranda ilk dəfə olaraq “Canfəda” adlı könüllü kampaniyanın qadın iştirakçıları üçün hərbi hazırlıq təlimi keçirilib. Bu barədə “Mehr" agentliyi məlumat yayıb.

Təlim Tehranda, İmam Hüseyn meydanında yerləşən təlim mərkəzində təşkil olunub. Kampaniya vətəndaşların hərbi bacarıqlar, eləcə də fövqəladə vəziyyətlər zamanı davranış və fəaliyyət qaydaları üzrə təlim keçməsini nəzərdə tutur.

Qeyd olunub ki, bu təlim “Canfəda” proqramında iştirak edən qadınlar üçün ilk belə tədbir olub. İran hakimiyyəti hərbi münaqişələr və fövqəladə hallar zamanı fəaliyyət göstərə biləcək könüllülərin sayını artırmaq məqsədilə proqramı inkişaf etdirir.

Mətləb