Hikmət Hacıyev Litvanın Azərbaycandakı səfiri ilə görüşüb

30 Sentyabr 2026 22:02 (UTC+04:00)

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkele­viçiusla görüşüb. SİA xəbər verir ki, bu barədə Litvanın Azərbaycandakı səfirliyi Feysbuk hesabında məlumat yayıb.

Görüşdə regionda təhlükəsizlik məsələləri, Litva ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi perspektivləri, həmçinin Litvanın Avropa Birliyi Şurasına sədrliyi dövründə AB-Azərbaycan münasibətlərinin inkişafı müzakirə olunub.

Səfir qeyd edib ki, dəyişən geosiyasi və təhlükəsizlik şəraitində azadlığın dəyərini bilən ölkələrin fikir mübadiləsini daha da fəallaşdırması, bir-birini anlaması və dəstəkləməsi vacibdir.

Mətləb