Azər İlyasov Mingəçevir reqatasında qızıl medal qazanıb

30 Sentyabr 2026 19:44 (UTC+04:00)

Azər İlyasov Mingəçevir reqatasında qızıl medal qazanıb.

SİA xəbər verir ki, “Mingəçevir reqatası 2026” beynəlxalq yarışının ikinci günündə Azərbaycan təmsilçisi Azər İlyasov (2008-2009) 1500 metr məsafəyə akademik avarçəkmə üzrə yarışda qızıl medal qazanıb.

İdmançı yarışdan sonra bildirib ki, ilk yarışa ciddi hazırlaşıblar və əldə etdikləri nəticədən məmnundurlar. O qeyd edib ki, sabah keçiriləcək yarışlarda iki növdə mübarizə aparacaq. Əsas hədəfinin növbəti yarışlarda da qızıl medal qazanmaq və Azərbaycan bayrağını dalğalandırmaq olduğunu vurğulayıb.

Azər İlyasov ona dəstək olan ailə üzvlərinə təşəkkür edib. O, həmçinin federasiyaya yarışın keçirilməsinə yaradılan şəraitə, məşqçilərinə isə onu yüksək səviyyədə hazırladıqlarına görə minnətdarlığını bildirib.

İdmançı qarşıdakı yarışlarda Azərbaycanı layiqincə təmsil edərək növbəti qızıl medalı qazanmağa çalışacağını deyib.